logo

MN:Ermənistan Müdafiə Nazirliyinin xəbəri yalandır

09:34 21-11-2022 | icon 2016
MN:Ermənistan Müdafiə Nazirliyinin xəbəri yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, Ermənistanın Müdafiə Nazirliyi ötən axşam Ermənistan-Azərbaycan sərhəddindəki mövqelərinin guya bölmələrimiz tərəfindən atəşə tutulması xəbərini yayıb.