logo

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindən tapança götürülüb

10:10 19-11-2022 | icon 1365
Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindən tapança götürülüb

Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb.

YeniAvropa  Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadla xəbər verir ki, silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Fakt sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.