logo

BƏƏ-nin Azərbaycandakı səfirliyi tolerantlıq mövzusunda onlayn görüş keçirib

17:34 18-11-2022 | icon 2492
BƏƏ-nin Azərbaycandakı səfirliyi tolerantlıq mövzusunda onlayn görüş keçirib

Noyabrın 18-də Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Azərbaycandakı səfirliyi Bakı Avrasiya Universiteti ilə əməkdaşlıq çərçivəsində  tolerantlıq mövzusunda onlayn görüş keçirib.

Səfirlikdən YeniAvropa-ya verilən məlumata görə, səfir Mohammed AlBlooshi tələbələri salamlayaraq, qeyd edib ki, BƏƏ-də 200-dən çox millətin nümayəndəsi yaşayır.  Tolerantlıq konsepsiyasını təbliğ etmək üçün BƏƏ dövləti Milli Tolerantlıq Proqramı hazırlayıb.

Diplomat BƏƏ-də tolerantlıqla bağlı xüsusi təşəbbüslərin olduğunu da vurğulayıb: “2019-cu il tolerantlıq ili oldu. BƏƏ prezidenti və Əbu Dabinin hakimi  Şeyx Mohammad bin Zayed Al Nahyan Əbu Dabinin Əl Müşrifdəki Şeyx Mohammad bin Zayed məscidinin adının “Məryəm, İsanın anası” olaraq dəyişdirilməsi göstərişini verdi”.

Səfir həmçinin, ilk dəfə 2016-cı ildə təqdim edilmiş Tolerantlıq və Birgəyaşayış naziri barədə də ətraflı məlumat verib.   

4 fevral 2019-cu il tarixdə Əbu-Dabidə Əl-Əzhər Əl-Şərif Şeyxi böyük imam Dr. Əhməd Əl-Tayib və katolik kilsəsinin rəhbəri Papa Fransisk arasında keçirilən tarixi görüşü xatırladan səfir,  BMT səviyyəsində 4 fevral gününün  Beynəlxalq İnsan Qardaşlığı Günü kimi qeyd edildiyini diqqətə çatdırıb.

Görüşdə filologiya üzrə fəlsəfə doktoru Hüseynova Ülviyyə və tələbələri ərəb dilində tolerantlıq mövzusunda fikirlərini bölüşüblər.

file.0--8