Azərbaycanda ilk dəfə “Baku International CEO Summit” keçirilib
Ölkəmizdə ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorlarının, dövlət qurumlarının rəsmilərinin, iş adamları və sahibkarların iştirakı ilə idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən “Baku International CEO Summit 2022” tədbiri keçirilib.
YeniAvropa xəbər verir ki, “Azərbaycan HR İnstitutu”nun təsisçisi və direktoru Emil Hüseynov “Baku International CEO Summit” tədbirinin prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti illər ərzində reallaşdırılması planlaşdırılan "Milli prioritetlər"dən birincisi “Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat” prioritetinə əsaslanaraq ölkəmizdə dövlət-özəl əməkdaşlığının inkişafı, işgüzar mühit və korporativ idarəetmənin daha da gücləndirilməsi üçün “Daha yaxşı gələcək naminə” şüarı ilə təşkil olunduğunu bildirib.
“Procter & Gamble” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə baş direktoru Değer Kurtaslanoğlu “Baku International CEO Summit”in ölkədə davamlı və inkişaf edən biznes platforması olacağını qeyd edib.
Tədbirdə yerli və beynəlxalq şirkətlərin baş icraçı direktorları, dövlət qurumlarının vəzifəli şəxsləri və dünyanın aparıcı konsultasiya şirkət rəhbərləri ilk dəfə vahid platformada müasir idarəetmə sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs ediblər. Tədbir iştirakçıları qlobal bazarda idarəetmə trendləri və onun gələcək imkanları, biznesin gələcəyi, rəqəmsal transformasiyalar, yeni müştəri portreti və onun davranışları və sair maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olublar.
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar