logo

Gürcüstanın baş naziri Azərbaycan xalqını təbrik edib

14:34 18-11-2022 | icon 1470
Gürcüstanın baş naziri Azərbaycan xalqını təbrik edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyevi, hökuməti və Azərbaycan xalqını Gürcüstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib.

YeniAvropa xəbər verir ki, bu barədə baş nazir 

özünün "Twitter" hesabında məlumat paylaşıb.

Baş nazirin paylaşımında deyilir: “Azərbaycan hökumətini və Azərbaycan xalqını diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edirəm. Biz birlikdə çox şeyə nail olduq. Gürcüstan Azərbaycan ilə sıx dostluq və strateji tərəfdaşlıq münasibətilə fəxr edir. Sülh və firavanlıq naminə regional əməkdaşlığın davamını səbirsizliklə gözləyirik!".