logo

Azərbaycan Ordusunun mayoru evdə insult keçirərək vəfat edib

17:17 17-11-2022 | icon 3073
Azərbaycan Ordusunun mayoru evdə insult keçirərək vəfat edib

Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlunun yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat etməsi ilə bağlı məlumatı təsdiqləyirik.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

“Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!”, - deyə məlumatda qeyd olunub.