logo

Sumqayıt Dövlət Universitetinin bir qrup  əməkdaşı təltif edilib

17:47 16-11-2022 | icon 1022
Sumqayıt Dövlət Universitetinin bir qrup  əməkdaşı təltif edilib

Prezident İlham Əliyev noyabrın 16-da Sumqayıt Dövlət Universitetinin bir qrup  əməkdaşlarının təltif edilməsi barədə sərəncamlar imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı birinci sərəncamla Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib:

Feyziyev Fikrət Güləli oğlu

Zərbəliyev Məhəmmədəli Məzahir oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Xəlilov Elmar Şirinbala oğlu

İsayev Əmirxan İsmayıl oğlu

Mahmudova Lalə Fəqail qızı

Məhərrəmova Sona Səbəddin qızı

Məmmədov Ceyhun Həsən oğlu.