Azərbaycanda ilk dəfə düyələrə embrion köçürülüb
Azərbaycanda ilk dəfə resipient düyələrə embrion köçürülüb. Uğurlu köçürmə əməliyyatı Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzində olub. Xüsusi olaraq bu məqsəd üçün Mərkəzə gətirilmiş 40 baş “Simmental” cinsindən olan düyələrdən 27-si embrion köçürülməsi üçün uyğun sayılıb. Hazırlıq prosesi tam yekunlaşdıqdan sonra yerli və xarici mütəxəssislərin iştirakı ilə 35 düyəyə embrion köçürülməsi həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən YeniAvropa-ya bildirilib ki, embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilsə də, ölkəmizdə praktik olaraq tətbiq olunmayıb. Buna səbəb transfer üsulunun baha olması və südlük istiqamətli fermaların azlığı idi. Artıq belə fermaların sayının artması ilə respublikada embrion transferinə tələb formalaşıb.
Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanov deyib: “Embrion transferi prosesini həyata keçirəcək 5 mütəxəssisimiz Almaniyada müvafiq kurslarda iştirak ediblər. Daha 5 yerli əməkdaşa isə Respublika Süni Mayalanma Mərkəzinə dəvət olunmuş alman mütəxəssis tərəfindən təlimlər keçirilib. Embrion transferi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası başqa ölkələrdən damazlıq heyvan idxalından daha asan və ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanları ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayını dəfələrlə artırır”.
Respublika Süni Mayalanma Mərkəzi embrion transferi təcrübəsini Qarabağ atları üzərində də təcrübə etməyə hazırlaşır.
Qeyd edək ki, 2023-cü ildən başlayaraq yerli süni mayalanma texnikləri və baytarlar embrion köçürülməsi ilə bağlı təlimlərə cəlb olunacaq. Təlimlərdə mütəxəssislərə embrion köçürülmüş heyvanlara qulluq, dölün inkişafını nəzarətdə saxlamaq, heyvandarlıqda müasir innovativ texnologiyaların tətbiqi üsulları öyrədiləcək.
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək