SOCAR prezidenti Rövşən Nəcəf bu gün Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR-dan YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, Dünya Bankı tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrin neft-qaz sənayemizin dayanıqlı inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı Cənub Qaz Dəhlizi layihəsinin regionun və Avropanın enerji təhlükəsizliyi baxımından strateji rolundan bəhs edilib, bu xüsusda Dünya Bankı ilə faydalı əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin ətraf mühit, bərpaolunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.