logo

Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib-Bayram Beqay

18:29 15-11-2022 | icon 1134
Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib-Bayram Beqay

Turizm ölkələrimizin iqtisadiyyatlarının digər mühüm sahəsidir. Azərbaycan uğurlu təcrübəni özündə əks etdirir. Biz bundan yararlana bilərik. Bu sahədə Azərbaycan tərəfindən qoyulacaq sərmayələri yüksək dəyərləndirərdik. Eyni zamanda, mədəniyyət sahəsində birgə işləməliyik ki, xalqlarımız daha yaxın olsun, bir-birini tanısın. Bununla bağlı iki tərəf arasında yeni sazişlər imzalana bilər. Bilirik ki, mədəniyyət və incəsənət sahəsinə aid olan minlərlə eksponat nümayiş etdirilə bilər. Bu, irsimizin qorunmasına töhfə verəcəkdir. 2019-cu ildə baş vermiş zəlzələdə də göstərilən yardımı yüksək dəyərləndiririk.

YeniAvropa xəbər verir ki, bu fikirləri Albaniya prezidenti Bayram Beqay Tiranada Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü başa çatdıqdan sonra mətbuata bəyanatında səsləndirib.

Ukraynada gedən müharibə və onun nəticələri barədə danışan Albaniya Prezidenti deyib: “Biz ümumi mövqedən çıxış edirik: diplomatiya və dialoq irəliyə doğru aparan əsas yoldur. Bu, həmçinin Cənubi Qafqaz və digər bölgələr üçün də vacibdir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib. Ukraynadakı müharibəyə gəldikdə, bəyan edirəm ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və istəyirik ki, bu məsələ sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın. Mən, həmçinin bildirdim ki, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, BMT-də, Avropa Şurasında məhsuldar əməkdaşlıq aparılır. BMT Təhlükəsizlik Şurasına Albaniyanın namizədliyinə, o cümlədən ATƏT-in sədrliyinə dəstək verilməsi ilə bağlı müraciət etdim. Əlbəttə ki, namizədliyə gəldikdə, bizim əməkdaşlığımız bu baxımdan gələcəkdə də davam etdirilməlidir”.