logo

Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşü keçiriləcək

17:58 15-11-2022 | icon 1064
Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşü keçiriləcək

2023-cü il mayın 16-17-də İslandiyanın paytaxtı Reykyavik şəhərində Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının dördüncü Zirvə Görüşü keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının(AŞPA) sədri Tini Kox məlumat verib. 

Onun sözlərinə görə, 2017-ci ildən AŞ PA Avropanın çoxtərəfli siyasi arxitekturasını gücləndirmək, demokratik təhlükəsizliyi qorumaq və təşviq etmək üçün yeni səlahiyyətlərə malik olmaq, daha yaxşı təchiz edilmiş, yenilənmiş, təkmilləşdirilmiş və gücləndirilmiş Avropa Şurası formalaşdırmaq üçün Zirvə Görüşü çağırır.

"Quruma uğurlu sədrliklərinə, görülən işlərə və bu Zirvə Görüşünü reallaşdırmaq üçün səylərinə görə İrlandiyaya və İslandiyaya təşəkkür edirəm”, -deyə AŞPA-nın sədri vurğulayıb.