logo

Azərbaycan prezidentinin Tiranada rəsmi qarşılanma mərasimi olub

14:28 15-11-2022 | icon 3059
Azərbaycan prezidentinin Tiranada rəsmi qarşılanma mərasimi olub

Noyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tiranadakı “Brigades” Sarayında rəsmi qarşılanma mərasimi olub.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın və Albaniyanın Dövlət bayraqlarının dalğalandığı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Albaniya prezidenti Bayram Beqay Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.

Azərbaycanın və Albaniyanın Dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Bayram Beqaya, Albaniyanın dövlət və hökumət nümayəndələri isə prezident İlham Əliyevə təqdim edilib.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Azərbaycan pPrezidenti İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.