Baş Prokurorluq təkzib edir:Vətəndaşın hüququ pozulmayıb
Əvvəllər Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən oğurluq, dələduzluq, vergiləri ödəməkdən yayınma, özbaşınalıq cinayətlərinə görə 2011-ci ildə məhkəmə məsuliyyətinə verilərək uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Böyükağa Abdullayevin “Hürriyyət” qəzetinin 2022-ci il 15 noyabr tarixli buraxılışında dərc olunmuş, faktların qərəzli surətdə təhrif olunduğu məqaləsində Vüqar Məmmədovun hüquqlarının guya Binəqədi və Xəzər rayonlarının ibtidai araşdırma orqanları tərəfindən pozulması, süründürməçilik hallarına yol verilməsinə dair xüsusatlar tərəfimizdən təkzib edilir.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin açıqlamasında bildirlib.
Qeyd edilib ki, vətəndaş Vüsal Əkbərovun 2021-ci ilin aprel-may aylarında Binəqədi rayonu ərazisində Əhəd Hüseynova qarşı dələduzluq edərək onun xeyli miqdarda pul vəsaitini ələ keçirməsi faktına görə Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.
2022-ci il iyunun 6-da onun barəsində olan həmin cinayət işi mahiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib, hazırda məhkəmə baxışı davam edir.
Həmçinin Böyükağa Abdullayevin mətbuatda özünü nümayəndəsi kimi təqdim etdiyi Vüqar Məmmədovun 4 min manat pulunun 2021-ci ilin oktyabrında V.Əkbərov tərəfindən ələ keçirilməsi barədə ərizəsi Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə daxil olub.
V.Əkbərovun barəsində Binəqədi rayon Polis İdarəsində olan cinayət işi üzrə istintaq yekunlaşdığından həmin müraciətin vahid icraatda araşdırılması mümkün olmayıb və bu səbəbdən ərizə iddia olunan qanunsuz hərəkətin törədildiyi ərazi aidiyyəti nəzərə alınaraq Xəzər Rayon Polis İdarəsində araşdırılmaqla, hər iki şəxs arasında mübahisənin mülki xarakterli olduğu qənaətinə gəlinib. Bununla bağlı müvafiq prosessual qərar qəbul edilməklə, tərəflərə məhkəməyə müraciət etmək hüquqları izah olunub.
Eyni zamanda, media nümayəndələrindən ibtidai araşdırma orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan məlumatların dərc olunmazdan əvvəl Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunmaqla, həqiqətə uyğun olmayan, cinayət təqibi orqanlarının və məhkəmələrin qanuni fəaliyyəti nəticəsində məhkum olunmuş şəxslərin qərəzli, böhtan xarakterli və ibtidai araşdırmaya qanunsuz təsir göstərmək məqsədi daşıyan yazıların yayımlanmasının qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olması diqqətə çatdırılır.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub