Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 111 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 % çox ümumi daxili məhsul istehsal olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 9,7 % artıb.
ÜDM istehsalının 52,9 %-i sənaye, 7,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 %-i tikinti, 1,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 %-i informasiya və rabitə sahələrinin, 14 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 %-ni təşkil edib
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 54,35 % artaraq 11 033 manat olub.