Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, saxlanılan rayon sakinləri Firudin İlyasov və Novruz İlyasovdan 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.