Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 41 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarılan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.