logo

Leyla Əliyevanın iştirakı ilə "Şahdağ" Milli Parkına ilk marallar buraxılıb

12:52 11-11-2022 | icon 1379
Leyla Əliyevanın iştirakı ilə "Şahdağ" Milli Parkına ilk marallar buraxılıb

Noyabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində nəcib maralların reintroduksiyası layihəsi çərçivəsində ilk maralların buraxılması mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, Leyla Əliyeva rəsmi "İnstagram" səhifəsində bununla bağlı paylaşım edib.

Qeyd edək ki, heyvanların xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsini və daha sonra ölkənin müxtəlif bölgələrində, maralın tarixən məskunlaşdığı yerlərdə təbiətə buraxılmasını nəzərdə tutur.