logo

Qarabağda həyata keçirilən işləri gördükdə iftixar hissi keçirdim-Ərdoğan

12:12 11-11-2022 | icon 1386
Qarabağda həyata keçirilən işləri gördükdə iftixar hissi keçirdim-Ərdoğan

Qarabağla əlaqədar çox ciddi mübarizə aparan və bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən İlham Əliyev qardaşımın bu sahədə iki ildə nələr bacardığını, nələri ortaya qoyduğunu görürük.

YeniAvropa xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşü çərçivəsində təşkil olunan mükafatlandırma mərasimində deyib.

İşğaldan azad olunan ərazilərə səfərlər etdiyini və görülən işlərlə tanış olduğunu vurğulayan Türkiyə prezidenti bildirib: “Dəfələrlə həmin ərazilərdə tədbirlərə qatılmaq, həyata keçirilən işləri yerində görmək imkanım oldu. Bu işləri yerində gördükdə bir türk olaraq iftixar hissi keçirdim. Çox qısa müddətdə bu qədər nailiyyət həqiqətən bizim üçün qürur mənbəyidir”.