logo

İstanbulda Türk Dünyası Qadın Sahibkarlarının görüşü olub

18:18 10-11-2022 | icon 875
İstanbulda Türk Dünyası Qadın Sahibkarlarının görüşü olub

İstanbulda “Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində Zəfər Günü, Bayraq Günü və Türk Ticarət və Sənaye Palatasının Qadın Sahibkarlar Komitəsinin 1-ci ildönümü münasibətilə tədbir keçirilib. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xüsusi müsabiqəsinin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən icra olunur.

YeniAvropa xəbər verir ki, “Şuşa İli” çərçivəsində keçirilən tədbir Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Türkiyə-Azərbaycan İş Qadınları Platformasının əməkdaşlığı ilə baş tutub.

Görüşdə türk dünyasından olan iş adamları, dövlət və mətbuat işçiləri də iştirak ediblər.

Əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnlərin səsləndirilib, şəhidlərin əziz xatirəsi yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Türkiyə-Azərbaycan İş Qadınları Platformunun prezidenti Yeganə Quliyeva, Azərbaycan və Türkiyə Vəkillər Kollegiyasının üzvü, Türk Ticarət və Sənaye Palatasının 1-ci Qadın Sahibkarları Komitəsinin Azərbaycan Hüquq və İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri, vəkil Aygün Əliyeva, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Qırğızıstanın İstanbuldakı baş konsulu Lira Sıdıkova, Qazaxıstan Ahi Bektaş Türk Dünyası Platformunun rəhbəri Anara Baycanova və Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Musa Çələbi Azərbaycanın Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı Zəfər haqqında danışıb, bu Qələbənin ikinci ildönümü münasibətilə təbriklərini çatdırıblar.

Natiqlər türkdilli dövlətlər arasında ticarətin artırılması mövzusunda Qadın Sahibkarlığı Komitəsinin fəaliyyətlərini strateji baxımdan əhəmiyyətli bir addım kimi qiymətləndiriblər.

Sonra tədbir Azərbaycan milli rəqsləri və azərbaycanlı sənətçi Səidə Quliyevanın ifasında musiqilərdən ibarət bədii hissə ilə davam edib.