logo

Aİ Azərbaycana daha 100 min dollarlıq tibbi avadanlıq verib

12:32 10-11-2022 | icon 896
Aİ Azərbaycana daha 100 min dollarlıq tibbi avadanlıq verib

Burada olduğum üçün çox məmnunam. Bu gün biz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) soyuq zəncir avadanlıqlarının növbəti təhvil-təslim mərasimində iştirak etmək üçün toplaşmışıq. Bu layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir.

 YeniAvropa xəbər verir ki, bunu “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində soyuq zəncir sistemi avadanlıqlarının yerli səhiyyə tərəfdaşlarına təhvil-təslim mərasimində Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib.

Səfir qeyd edib ki, “Aİ Azərbaycanın etibarlı tərəfdaşıdır. Pandemiya dövründən başlayaraq biz öz əlaqələrimizi gücləndirməyə davam edirik. Azərbaycan bu regionda ən yüksək peyvəndləmə statistikasına sahibdir”.

Səfir noyabrın 10-da keçirilən təhvil-təslim mərasimində maddi dəyəri 100 min dollar olan avadanlıqların təhvil verildiyini deyib. “Bu layihə çərçivəsində indiyə qədər ümumi dəyəri 500 min dollar olan avadanlıqlar təhvil verilib. Avadanlıqlarla yanaşı, biz Azərbaycanla öz təcrübələrimizi bölüşürük. Tibb işçiləri üçün müxtəlif seminarlar təşkil edirik”, - deyə Peter Mixalko bildirib.