logo

İlin ikinci Ay tutulması başa çatıb 

18:48 08-11-2022 | icon 1589
İlin ikinci Ay tutulması başa çatıb 

İlin ikinci Ay tutulması başa çatıb.

YeniAvropa xəbər verir ki, tutulma hadisəsi saat 17:56-da yükunlaşıb.

Xatırladaq ki,  Ay tutulması bu gün saat saat 12:02-də başlayıb..Saat 12:02-də yarımkölgəli, 13:09-da qismən, saat 14:16-da isə tam tutulma qeydə alınıb.

Tutulmanın maksimumu saat 14:59-a təsadüf edib. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatıb.

İlin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olub.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyib, yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olub.