logo

Sabah Bakıda arabir yağı yağacaq, 14° isti olacaq

12:32 08-11-2022 | icon 1540
Sabah Bakıda arabir yağı yağacaq, 14° isti olacaq

Azərbaycanda noyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya XidmətindənYeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10°, gündüz 12-15° isti, Bakıda gecə 8-10°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacağı gözlənili