logo

ABŞ Azərbaycan və Ermənistanın sülhə doğru addımları təqdir edib

11:33 08-11-2022 | icon 1484
ABŞ Azərbaycan və Ermənistanın sülhə doğru addımları təqdir edib

Xəbər verildiyi kimi, noyabrın 7-də Vaşinqtonda, ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub.

 YeniAvropa ABŞ-ın Dövlət Departamentinin verdiyi bəyanata istinadən xəbər verir ki, ABŞ prezidentinin “Bleyer Haus” qonaq evində keçirilən görüşdə, Entoni Blinken BMT Baş Assambleyasında başlanan çox məhsuldar müzakirələri davam etdirmək üçün bir araya gəlmələrindən məmnunluğunu qeyd edib. ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının davam etməsinə sadiq olduğunu bildirib. Dövlət katibi birbaşa dialoqun həqiqətən davamlı sülhə aparan ən yaxşı yol olduğunu və ABŞ-ın bu prosesi dəstəkləməkdən məmnunluğunu vurğulayıb”.

“Birləşmiş Ştatlar həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və 1991-ci ildə gerçəkləşən müstəqilliyin bərpası hər iki ölkənin hüquqlarının, bizim qətiyyətlə dəstəklədiyimiz hüquqların təmin edilməsində vacib məqam olub”, - deyə Blinken bildirib.

Qeyd edib ki, 30 ildən çox davam edən münaqişə böyük itkilərə səbəb olub. O, Ermənistanla Azərbaycanın davamlı sülhə doğru çalışması üçün real və cəsarətli addımların atmasını təqdir edib.