logo

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

11:11 08-11-2022 | icon 1358
Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

8 Noyabr - Zəfər Günü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri təşkil olunub.

 YeniAvropa xəbər verir ki, yürüşlərdən əvvəl ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Sonra isə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin üç marşrut üzrə - Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı; Şəhidlər xiyabanı, “Alov qüllələri” kompleksi, “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, “Azneft” dairəsi, Bəhram Gur heykəli; Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı istiqamətləri üzrə yürüşləri təşkil olunub.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.

Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb.