logo

Pakistanın baş naziri Azərbaycan xalqını təbrik edib

16:27 07-11-2022 | icon 1491
Pakistanın baş naziri Azərbaycan xalqını təbrik edib

“Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına möhkəmlik, cəsarət və milli birlik əlaməti olan Qələbə Günündə səmimi arzularımı çatdırıram”.

YeniAvropa xəbər verir ki,  bunu Pakistanın baş naziri Şahbaz Şərif özünün "Twitter" hesabında yazıb.

“Qoy bu günün qeyd olunması Qafqaz regionunda davamlı sülh və firavanlıq dövrünü açsın”,- baş nazir təbrikində bildirib.