logo

Zəfər Günü Xarici İşlər Nazirliyində qeyd edilib

11:11 05-11-2022 | icon 1652
Zəfər Günü Xarici İşlər Nazirliyində qeyd edilib

Noyabrın 5-də Xarici İşlər Nazirliyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilir.

YeniAvropa xəbər verir ki,tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə bildirilib ki, 28 illik Vətən həsrətinə prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində son qoyan müzəffər Ordumuzun Qələbəsi tariximizin ən şanlı səhifələrindəndir. Vətən müharibəsi tarixi ədalətin bərpa olunması ilə yekunlaşdı. Qeyd edilib ki, torpaqlarımız şəhidlərimizin və qazilərimizin qanı və canı bahasına əzəli və əbədi sahiblərinə qaytarıldı.

Sonra Vətən müharibəsində əldə olunmuş Qələbəyə həsr edilmiş videoçarx təqdim edilib.