logo

Azərbaycanla Əlcəzair  diplomatları viza tələbindən azad edib

15:15 04-11-2022 | icon 1309
Azərbaycanla Əlcəzair  diplomatları viza tələbindən azad edib

“Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Saziş təsdiqlənib.

YeniAvropa xəbər verir ki, oktyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı Qanun imzalayıb.

Qeyd edək ki, iki ölkə arasında sözügedən Saziş 2022-ci il avqustun 10-da Bakı şəhərində imzalanıb.