Qaradağda Külək Elektrik Stansiyasının inşası ilə bağlı Anlaşma Memorandumu imzalanıb
“Azərbaycan İnvestisiya Şirkəti ASC, “Caspian HDG” MMC və İspaniyanın alternativ və bərpa olunan enerji sahəsində ixtisaslaşmış “Elecnor” şirkəti arasında Qaradağ Külək Elektrik Stansiyası layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.