logo

Azərbaycanda zəlzələ olub

09:09 04-11-2022 | icon 1302
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 

Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 05:41-də Bərdə stansiyasından 9 kilometr cənub-qərbdə, Ağdam rayonunda, 3,5 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 25 kilometr dərinlikdə yerləşib.

Təbii hadisə hiss olunmayıb.