logo

Ermənilər Kəlbəcərdəki mövqelərimiz atəşə tutub

21:11 03-11-2022 | icon 1694
Ermənilər Kəlbəcərdəki mövqelərimiz atəşə tutub

Noyabrın 3-ü saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

YeniAvropa Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.