“Qaz İxrac” İdarəsinə məxsus diametri 1020 millimetrlik “Qazıməmməd-Qazax” 1-ci xətt yüksək təzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin, eyni zamanda, “Goranboy” QPS və “Gilan” QTM qol qaz kəmərlərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, noyabrın 4-ü saat 09:00-dan etibarən noyabrın 5-də işlər başa çatanadək “Goranboy” QPS-dən qidalanan “Goranboy” və “Naftalan” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması, “Gilan” QTM-dən qidalanan “Goran qəsəbəsi” və “Gilan Knauf” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki,təmir işləri aparılan müddətdə Naftalan şəhərinin tam olaraq və Goranboy şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.