logo

Sabah Qaradağ rayonunun bir hissəsində qaz olmayacaq

16:32 03-11-2022 | icon 1589
Sabah Qaradağ rayonunun bir hissəsində qaz olmayacaq

“Qobustan-Şirvan-Atbulaq” yüksək təzyiqli magistral qaz kəmərinin 14-cü kilometrində Modul tipli qaz paylayıcı stansiyanın mənbəyə birləşdirilməsi yerində görüləcək təmir işləri ilə əlaqədar, noyabrın 4-də saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kəmərin 14-cü kilometrindən qazın nəqlinin dayandırılması planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.Qeyd edilib ki, təmir müddətində Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin, Kötəl, Şıxlar, Təzəkənd və Bağlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.