logo

Prezidentin Protokol xidmətinə yeni rəis təyin edilib

15:45 03-11-2022 | icon 1456
Prezidentin Protokol xidmətinə yeni rəis təyin edilib

Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:"Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilsin".

Prezidentin bu gün imzaladığı digər bir sərəncamla Arif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağırov ötən ay vəzifəsindən azad edilib. Dövlət başçısının imzaladığı sərəncamla E. Bağırov Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri təyin olunub.