logo

Prezident mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edib

15:31 03-11-2022 | icon 1610
Prezident mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edib

Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavininin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:"Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti(DTX) noyabrın 1-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb.

Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışır.

Xatırladaq ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı.