logo

ABŞ dövlət katibi Azərbaycan və Ermənistan  XİN başçıları ilə görüşəcək

15:11 03-11-2022 | icon 5754
ABŞ dövlət katibi Azərbaycan və Ermənistan  XİN başçıları ilə görüşəcək

Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana istinadla məlumat yayıb. 

Erməni nazir görüşün dəqiq tarixini açıqlamayıb.

“Görüş bir neçə günə baş tutacaq”, - deyə o, vurğulayıb.