Energetika naziri Pərviz Şahbazov Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasov ilə görüşüb.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb. “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun iki ölkə arasında müvafiq sahədə faydalı əməkdaşlıq üçün əhəmiyyətindən bəhs edilib.