logo

Səfirlik Azərbaycan vətəndaşlarına Ukraynaya gəlməməyi tövsiyə edir

09:29 03-11-2022 | icon 5908
Səfirlik Azərbaycan vətəndaşlarına Ukraynaya gəlməməyi tövsiyə edir

Azərbaycanın Ukraynadakı səfirliyi ölkədəki vəziyyətlə bağlı vətəndaşlarımıza müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb.

“Təxliyə dalğası zamanı Ukraynada qalmağa, yaxud təxliyə olunduqdan sonra geri qayıtmağa üstünlük vermiş vətəndaşlarımızdan olduqları yer üzrə hava həyəcanı xəbərdarlığı zamanı diqqətli olmağı, sığınacaqda və ya nisbətən təhlükəsiz yerdə daldalanmağı, dövlət orqanlarının tələblərinə və tövsiyələrinə riayət etməyi, səyahət sənədlərini qaydaya salmağı, Ukraynaya gəlməyi planlaşdıran vətəndaşlarımızdan isə fövqəladə ciddi səbəb olmadığı halda səfəri daha münasib zamana təxirə salmağı təkrar xahiş edirik”,- deyə məlumatda bildirilib.