logo

Azərbaycanla Böyük Britaniya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı müzakirə edib

20:50 02-11-2022 | icon 1603
Azərbaycanla Böyük Britaniya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı müzakirə edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında ətraf mühitin mühafizəsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.