Bu ilin sonuna qədər "BP" şirkəti Qarabağda 11 kiçik su elektrik stansiyasını bərpa edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov BMT-nin "DİM Dialoqları" təşəbbüsü çərçivəsində keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda panel müzakirələrdə çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, hazırda "BP"nın layihəsi əsasında 11 kiçik su elektrik stansiyasından artıq 4-ü bərpa edilib:"İlin sonuna qədər 54 meqavatlıq 11 stansiyanın bərpası nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi ilə birlikdə digər stansiyaların da bərpa edilməsinə özəl investisiyaların cəlb edilməsi istiqamətində işləri davam etdirəcəyik".
E. Soltanov deyib ki, işğaldan azad edilmiş ərazilərdə istehlak olunan enerjinin əldə edilməsində yaşıl mənbələrdən istifadə olunacaq və təbii qazdan istifadə məhdud sayda təşkil edəcək.