logo

Britaniyalı mütəxəssislər vergi əməkdaşlarına təlim keçirlər

18:48 01-11-2022 | icon 1876
Britaniyalı mütəxəssislər vergi əməkdaşlarına təlim keçirlər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası (HMRC) ilə ikitərəfli əlaqələri genişləndirir.

YeniAvropa Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə vergi əməkdaşları üçün təlimlər keçirilir. Təlimlərdə transfer qiymətləri sahəsində inzibatçılıq, ölkələrarası hesabatlılıq (CBC reporting), transfer qiymətləri və vergiyə cəlb olunma, ümumi hesabatlılıq standartı (CRS), ölkələrarası hesabatlılıq üzrə qiymətləndirmə (CBC peer review), məlumat mübadiləsi – benefisiar mülkiyyətçi, əvvəlcədən müəyyənləşdirilmiş vergi öhdəlikləri barədə qərarların mübadiləsi (Exchnage of tax rulings), daimi nümayəndəliklərin vergi uçotu mövzuları müzakirə olunur. Təlimlər noyabrın 4-dək keçiriləcək.

Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının ölkələrarası hesabatlılıq üzrə mütəxəssisi Simon Kimber və məlumat mübadiləsi üzrə mütəxəssisi Con Sverdlov təlimlərdə iştirak edirlər. Qurumun baş təhlilçisi Dan Arçer, texniki mütəxəssis Canet Hopkins, araşdırma məlumat mübadiləsi mütəxəssisi Nikola Maykok, avtomatik məlumat mübadiləsi siyasətinin rəhbəri David Smit prosesə onlayn qaydada qoşulublar.

Mövzuların aktuallığı nəzərə alınaraq təlimlərin davam etdirilməsi nəzərdə tutulur.