logo

DTX əməliyyat keçirib:Nazirin birinci müavini saxlanılıb

16:26 01-11-2022 | icon 2282
DTX əməliyyat keçirib:Nazirin birinci müavini saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidməti(DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

YeniAvropa xəbər verir ki, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb.

Hazırda əməliyyat davam edir.

Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009-2013-ci illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını bitirib.

Elnur Əliyev 2000-2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, bir sıra regional əməkdaşlıq qruplarına sədrlik edib.

Nazir müavini 2004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı səfirliyində işləyib.

O, 2008-2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankında müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb.

Elnur Əliyev 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.

2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

E. Əliyev ingilis, rus, fransız dillərində danışır.

Evlidir, üç övladı var.

Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışır.

Xatırladaq ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı.