logo

İki akademik AMEA Rəyasət Heyətinin üzvlüyündən çıxarılıb

15:55 01-11-2022 | icon 1512
İki akademik AMEA Rəyasət Heyətinin üzvlüyündən çıxarılıb

Akademiklər Adil Qəribov və Fikrət Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvlüyündən azad olunublar.

YeniAvropa xəbər verir ki, bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub.

Belə ki, iclasda akademiklər Adil Qəribov və Fikrət Əliyevin bu vaxta qədərki səmərəli fəaliyyəti qeyd edilməklə Rəyasət Heyətinin üzvlüyündən azad olunmaları məsələsi həll edilib.

Hər iki tanınmış alim AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub.