logo

Bərdə sakini kafedə həmyerlilərini güllələyib

16:06 31-10-2022 | icon 1442
Bərdə sakini kafedə həmyerlilərini güllələyib

Bərdə sakini kafedə həmyerlilərini güllələyib.

YeniAvropa xəbər verir ki,  hadisə rayonun Bala Qacar kəndində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, kənd sakini Rəcəb Məmmədov aralarında yaranmış münaqişə zamanı həmkəndliləri - Sərxan Əsədova və kafenin sahibi Eldar Məmmədova odlu silahdan atəşə açaraq xəsarət yetirib.

Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasında çatdırılıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

R.Məmmədovun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.