Dohada Azərbaycan-Qatar iqtisadi əlaqələri müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Qətərdə bir sıra görüşlər keçirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Qətərin baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Qətər əməkdaşlığının sürətlə inkişaf etdiyi, yüksək səviyyəli səfərlərin əlaqələrin genişlənməsində önəmi vurğulanıb. İqtisadiyyat naziri bildirib ki, ölkələrimiz arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var və bu baxımdan, birgə layihələrin və təşəbbüslərin icrası xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlığın gələcək inkişaf perspektivləri qeyd olunub.
Qətərin baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani Azərbaycan və Qətər arasında dostluq əlaqələrini, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər iki ölkə arasında energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Qətər Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyəti Qətərə səfər çərçivəsində bu ölkənin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani ilə müzakirələr aparıb. Qeyd edilib ki, ticarət əməkdaşlığı ikitərəfli əlaqələrin əsas istiqamətlərindəndir. Görüşdə Azərbaycanın qeyri-neft məhsullarının Qətər bazarlarına çıxarılması perspektivlərinin daha geniş olduğu və ticarət əlaqələrinin şaxələndirilməsinin xüsusi önəmi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın əlverişli biznes mühiti, güclü nəqliyyat-logistika potensialı, Bakı Dəniz Ticarət Limanının, Ələt Azad İqtisadi Zonasının imkanları bu məqsədə nail olunmasında əsas stimulverici amillərdəndir.
Tərəflər iki ölkə arasında ticarətin genişləndirilməsi, investisiya, nəqliyyat, enerji, sənaye, kiçik və orta biznesin inkişafı istiqamətlərində əməkdaşlığın gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar.
Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Mansur bin Ebrahim Al Mahmud ilə görüşdə Azərbaycanın səmərəli investisiya mühiti və iqtisadi potensialı barədə məlumat verilib, ölkəmizin əlverişli coğrafi mövqeyi, mühüm nəqliyyat qovşaqlarının kəsişməsində yerləşdiyi və tranzit “hab”a çevrildiyi diqqətə çatdırılıb və Qətər investorları bu imkanlardan yararlanmağa dəvət olunub.
Görüşdə ölkələrimizin iqtisadi əlaqələrinin gücləndirilməsi, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan İnvestisiya Şirkəti ilə birgə sərmayələrin təşviqi, bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb, qarşılıqlı investisiyaların artırılmasının digər sahələrin inkişafına töhfə verəcəyi vurğulanıb.
Qətərə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bu ölkənin Ticarət və Sənaye Palatasının nümayəndələri ilə də görüşüb. Tədbirdə ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi təşəbbüslərindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, Qətərin Ticarət və Sənaye Palatası ilə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin təşkili işgüzar dialoqun inkişafına, yeni layihələrin icrasına stimul verə bilər. Vurğulanıb ki, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər mövcuddur, iş adamları iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq edir, bir sıra Azərbaycan məhsulları Qətər ticarət şəbəkələrində satılır. Qətərdə açılan Azərbaycan Ticarət Evi, ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsi iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə töhfə verəcək.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qətər Ticarət və Sənaye Palatası arasında Birgə Biznes Şurasının yaradılması barədə Saziş imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Ali bin Abdullatif Al Mesned imzalayıblar. Sazişdə Azərbaycan və Qətər arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi məsələləri əks olunub.
“Baladna Food Industries” şirkətinin rəhbəri Ramez Al Xayyat ilə görüşdə müəssisənin fəaliyyəti barədə məlumat verilib, Azərbaycana investisiya yatırmağa maraq ifadə olunub, birgə layihələrin icrası imkanları müzakirə edilib.
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək