logo

Paytaxtın 2 rayonunda bu gün qaz olmayacaq

10:10 31-10-2022 | icon 1288
Paytaxtın 2 rayonunda bu gün qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Qum adası-Bayramzadə İEM” yüksəktəzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, bu gün saat 10:00-dan “Qum Məişət (Qİİ)”, “ALKO”, “Naximov”, “Müşfiq əhali”, “Gilan”, “Quru Yük Limanı”, “Dəniz donanması”, “F-centr”, “Azərsu Nəqliyyat” və “Zığ gəmi təmiri” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki, təmir işləri görülən müddətdə Xətai rayonunun Müşfiq, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonunun Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.