logo

Göranboyda gənc ailə dramı: qısqanc ər arvadını öldürdü

09:29 31-10-2022 | icon 1050
Göranboyda gənc ailə dramı: qısqanc ər arvadını öldürdü

Oktyabrın 30-u saat 19 radələrində 1993-cü il təvəllüdlü Zəhra Babayevanın kirayədə yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon Prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Bəbir Həsənlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Zəhra Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəbir Həsənli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq davam edir.