logo

Bakıda 44 yaşlı qadın itkin düşüb

12:44 29-10-2022 | icon 1316
Bakıda 44 yaşlı qadın itkin düşüb

Bakıda itkin düşən 44 yaşlı qadın axtarılır.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 44 yaşlı Yeganə Məmmədova 2022-ci il iyunun 24-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.