logo

TDT ölkələrinin Audiovizual media təmsilçiləri Şuşada Bəyənnamə imzalayacaqlar

13:13 28-10-2022 | icon 1344
TDT ölkələrinin Audiovizual media təmsilçiləri Şuşada Bəyənnamə imzalayacaqlar

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının birinci toplantısının iştirakçıları Şuşa şəhərinə səfərə gəliblər.

YeniAvropa xəbər verir ki, Şuşada oktyabrın 27-də Bakıda keçirilən iclasda razılaşdırılan Niyyət Bəyannaməsinin rəsmi imzalanma mərasimi olacaq.

Qonaqlar səfər çərçivəsində Şuşa şəhəri, eləcə də işğaldan azad olunandan sonra şəhərdə aparılan yenidənqurma və bərpa işlərinin gedişi ilə tanış olacaqlar.