logo

Azərbaycanda zəlzələ olub

12:05 28-10-2022 | icon 1484
Azərbaycanda zəlzələ olub

Goranboy rayonunda zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 11:09-də Gəncə stansiyasından 41 km cənubda Goranboy rayonunun ərazisində qeydə alınıb. 

Zəlzələnin maqnitudası 3, dərinliyi 10 km olub.

Zəlzələ hiss olunmayıb.