Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 71 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarılan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.